Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 11:25

Khatami iranlılara çağırış etdi


Mohammad Khatami

İranın keçmiş islahatçı prezidenti Mohammad Khatami iranlılara onlayn videomüraciət edərək onları prezident Hassan Rouhani-ni yenidən bu posta seçməyə çağırıb. İranda prezident seçkisi mayın 19-dadır.

Khatami 1997-2005-ci illərdə prezident olub. Ölkənin sərt xətt yürüdən məhkəmə sistemi onun ölkə mediasında görünməsini yasaqlayıb.

«Rouhani hökuməti bütün məhdudiyyətlərə, problemlərə baxmayaraq, uğurla işləyib», – Khatami deyib.

Rouhani ikinci dəfə seçilməyə iddialıdır. Onun hazırda beş rəqibi var, amma bəziləri daha tanınmış namizədlərin xeyrinə geri çəkilə bilər.

İndiki prezident «mötədil» sayılır. O, 2015-ci ildə Qərb dövlətləriylə nüvə sazişinin əldə olunmasına nail olub. Elə bu seçki də bir növ həmin sazişdən sonrakı siyasətlə bağlı referendum sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG