Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Mehman Hüseynov müayinə ediləcəyi gözlənilir


Mehman Hüseynov

Gələn həftə həbsdəki bloqqer Mehman Hüseynovun müayinə və müalicəsinə başlanacaq.

Bu barədə mayın 13-də 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqerlə görüşən vəkili Elçin Sadıqov məlumat verib.

Bloqqerin durumunun normal olduğunu deyən vəkilə müəssisədən bildiriblər ki, gələn həftədən müalicəyə başlanacaq.

Mehman Hüseynovun venasında problemlərin olduğu, həbsxana şəraitində onun ağrılarının artdığı deyilirdi. Vəkilləri onun əməliyyat olunmasını istəyirlər.

Növbəti həftə həm də 5 ildir ki, şəxsiyyəti təsdiq edən sənədi olmayan M.Hüseynova cəzaçəkmə müəssisəsində şəxsiyyət vəsiqəsi təqdim ediləcəyi gözlənilir.

M. Hüseynovun şəxsiyyət vəsiqəsini, 2012-ci ildə Səbayel Rayon Polis İdarəsi almışdı. Bloqqer dəfələrlə müraciət etsə də onun şəxsiyyət vəsiqəsini geri verməmişdilər.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG