Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:51

Gulenin ekstradisiyası müzakirə ediləcək


R.T.Erdogan
R.T.Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyib ki, onun ABŞ-a gözlənilən səfəri səfəri iki ölkə arasında münasibətləri yeniləyəcəyinə inanır.

Bundan əvvəl ABŞ –ın Suriyada kürd hərbi qruplaşmalarını –YPG-ni silahlandırması, Türkiyəni qəzəbləndirmişdi.

Ankara bu qrupu terrorçu hesab edir.

Erdogan deyib ki, ABŞ prezidenti Donald Trump-la mayın 16-17-də keçiriləcək görüşün, Amerikanın qərarında həlledici rol oynayacaq.

Erdogan mətbuat konfransında deyib ki, ABŞ-ın keçid mərhələsi keçdiyinə, YPG-nin silahlandırılmasının əvvəlki administrasiyaya aid qərar olduğuna inanır.

Erdogan həm də deyib ki, Fethullah Gulen -nin Türkiyəyə verilməsinə çalışacaq.

Türkiyə iddia edir ki, keçən il hərbi çevrilişə cəhdin arxasında ABŞ-da yaşayan islam alimi Fethullah Gulen dayanır.

Gulen iddiaları rədd edir.

XS
SM
MD
LG