Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:37

Atəşkəslə bağlı 12 may açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 135 dəfə pozublar. Bu zaman, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə edildiyi vurğulanır.

Məlumatda bildirilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından, Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu, Koxanəbi və Əlibəyli kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Ağdam rayonunun işğal altında olan Nəmirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Tərtər və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG