Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:13

Bu ilin 4 ayında «Azəri-Çıraq-Günəşli» (ACG) blokunda hasilatın 0.9 mln ton azalmasına baxmayaraq, Azərbaycana çatan mənfəət neftinin dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 467 mln dollar artıb. Buna dünya bazarlarında neftin qiymətinin yüksəlməsi səbəb olub.

Bu haqda Dövlət Neft Fondunun (DNF) məlumatında bildirilir.

2017-ci ilin yanvar-aprel aylarında DNF AÇG yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından 1 mlrd. 960 mln. dollar gəlir əldə edib.

«Ümumilikdə 2001-ci ildən 2017-ci il mayın 1-nə qədər DNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından 124 mlrd. 69 mln. dollar vəsait daxil olub», – deyə Fonddan bildiriblər.

DNF 2016-cı ildə «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 5.1 mlrd. dollar gəlir əldə edib. 2015-ci ildə bu məbləğ 7.26 mlrd dollar idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG