Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

Gənc ədiblərin '02' adlı gecəsi keçiriləcək


“YUĞ” teatrının loqosu

Yenicə tanınmağa başlayan istedadlı gənc ədiblərin ədəbi-bədii gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, “O2” adlanan tədbir bu qurumun dəstəyi və “Söz” ədəbiyyat layihəsinin direktoru Nigar Həsən-zadənin təşkilatçılığı ilə baş tutacaq.

Buna da bax:​ Dərbənddə bir Azərbaycan teatrı, o necə qorunur?

Mayın 10-da saat 19:00-da Azərbaycan Dövlət “YUĞ” teatrında gerçəkləşdiriləcək gecədə peşəkar şairlər də iştirak edəcək.

Şəhriyar del Gerani, Könül Arif, Fərid Hüseyn, Qismət Rüstəmov, Aysel Fikrət, Günel Bağıyeva Ruhi, Zaur Rəxşan və Saleh Səbat şeirlərini səsləndirəcəklər.

Xəbərdə bildirilir ki, ədəbiyyatı, şeiri sevən hər kəs tədbirə dəvətlidir.

Buna da bax:​ «YUĞ»a Bolqarıstandan dəstək: «Sabah çox gec olacaq»

“YUĞ” teatrı Azərbaycan Dövlət Kukla teatrının binasının ikinci mərtəbəsində yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG