Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:26

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 120 dəfə pozublar. Bu zaman 82 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə edildiyi açıqlanıb.

Məlumatda bildirilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı və Məzəm kəndləri atəşə tutulub.

Bundan başqa, Berd, Krasnoselsk rayonlarından Azərbaycan ordusunun Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb

Nazirlik bildirir ki, Ağdam rayonunun işğal altında olan Şıxlar, Şirvanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG