Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:49

Abid Şərifov: ‘Kanalizasiya sistemində 12 layihə icra olunur’


Kanalizasiya boruları

"Paytaxtda yağış kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə 12 layihənin həyata keçirilməsinə başlanıb".

Bunu mayın 9-da jurnalistlərlə söhbətində baş nazirin müavini Abid Şərifov bildirib.

Buna da bax:​ 'Kanalizasiyanı özümüz quracağıqsa, bəs Dövlət Proqramı hara getdi?'

“Yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı yaradılmış işçi qrup, artıq fəaliyyətə başlayıb. Ümumilikdə kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı 14 layihə həyata keçiriləcək. Bu məqsədlə 14,2 mln. manat ayrılıb”, deyə Şərifov qeyd edib.

Xatırladaq ki, ötən il leysan yağışları nəticəsində Bakıda tikintisinə on milyonlarla manat xərclənən bir sıra yeni yolları və tunelləri su basıb.

Həmin subasmalardan sonra, ötən ilin noyabrında prezident İlham Əliyev yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Buna da bax: 25 milyardlıq gölməçələr ölkəsi

Bundan başqa, dövlət başçısı problemlərin səbəblərinin araşdırılması və aradan qaldırılması məqsədi ilə komissiya yaradıb. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG