Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:02

Faşizm üzərində qələbədən 72 il keçir


Hərbçilər Berlində Reyxstaq üzərində sovet bayrağını qaldırır.

Mayın 9-u Sovet ordusu və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 72 il keçir.

Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib. Onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft yanacağı göndərib. Benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.

Prezident İlham Əliyev, son illər olduğu kimi, bu il də aprelin 24-də «1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə ordenlərlə təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında» Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 13 min 312 nəfər şəxsə şamil olunub.

Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Qalanlarına isə 500 manat verilib.

May 9-u Azərbaycanda da Qələbə günü kimi qeyd olunur və rəsmi iş günü deyil.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG