Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:40

Obama administrasiyasının iki rəsmisi ifadə verəcək


Sally Yates və James Clapper

Obama administrasiyasının iki rəsmisi mayın 8-də Senat komitəsində ifadə verəcək. Senatın Ədliyyə Komitəsi Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.

10 gün Trump administrasiyası ilə çalışmış Sally Yates və prezident B.Obama-nın milli kəşfiyyat direktoru olmuş James Clapper ifadə verəcəklər.

Senatın və Nümayəndələr Palatasının kəşfiyyat komitələri də Rusiyanın ABŞ-da seçki kampaniyasına müdaxiləsini, eləcə də Moskvayla hazırkı prezident Donald Trump komandasının əlaqəsini araşdırır.

Gözlənir ki, Yates Ağ evin Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-in seçkidən əvvəl və sonra Rusiya rəsmiləriylə kommunikasiyası barədə nə bilməsi barədə ifadə verəcək. Flynn həmin postda 24 gün çalışandan sonra işdən çıxarılıb. Səbəb kimi onun keçid dövründə Rusiya səfiriylə danışıqları haqda bilgi verməməsi göstərilib.

Trump özü ABŞ kəşfiyyat xidmətlərinin Moskvanın onun seçki kampaniyasına yardım göstərməsiylə bağlı deyilənləri rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG