Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:06

Səudiyyəlilər hər hansı «sayqısızlıq» göstərsələr, İran bu ölkənin müqəddəs yerlərini çıxmaqla, qalan ərazisini vuracaq. Bunu İranın müdafiə naziri Hossein Dehghan mayın 7-də deyib.

Daha öncə Səudiyyə Ərəbistanının ikinci şahzadəsi Tehranı müsəlman dünyasını idarə etmək cəhdində suçlayıb, deyib ki, hər hansı döyüş meydanı Səudiyyənin deyil, İranın daxilində olacaq. İran isə bu bəyanatı «qanunsuz və qızışdırıcı» adlandırıb.

Səudiyyə taxtının ikinci vəliəhdi Muhammad bin Salman mayın 2-də çıxış edib. «Bilirik ki, İran rejimi müsəlmanların mərkəzi olan Məkkəni ələ keçirməyə çalışır. Elə edəcəyik ki, döyüş bizim torpağımızda deyil, İranın içində olacaq», – o deyib. İkinci şahzadə iranlılarla hər hansı dialoqu da istisna edib.

Dehghan isə ərəbdilli «Al-Manar» televiziyasına söyləyib ki, «səudiyyəlilər sayqısızlıq etsələr, Məkkə və Mədinəni çıxmaqla, dəyməyəcəyimiz ərazi qalmayacaq».

İran daha öncə şahzadənin dediklərinə qarışıq reaksiya göstərmişdi, gah qəzəbli bəyanat vermiş, gah da regional məsələlərin həlli üzrə danışıqlara hazır olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG