Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Bu il 635 bank işçisi işini itirib


Bağlanmış banklardan biri "Texnikabank"

2017-ci ilin birinci rübündə Azərbaycan banklarının 561 filialı olub. 2016-cı ilin sonunda bu göstərici 569 idi. Bu 8 bank filialının bağlandığı anlamına gəlir.

Maliyyə Bazarına Nəzarət Palatasının bilgilərində belə yazılır.

Palata bildirir ki, hesabat dövründə şöbələrin sayı isə 131-dən 137 çatıb.

Buna da bax:​ 'Mərkəzi Bank istəsə, dollar manatdan ucuz olar. Amma iqtisadiyyat olmaz'

2016-cı ilin sonunda 16 min 947 bank əməkdaşı fəaliyyət göstərib. 2017-ci ilin birinci rübündə onların sayı 16 min 312 nəfərə düşüb.

Azərbaycanda hazırda 32 kommersiya bankının fəaliyyət göstərdiyi bildirilir. Ötən il isə ölkədə 10-dan çox bank bağlanmışdı. Bu onların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Ekspertlər hesab edir ki, bu il daha bir neçə bankın bağlanacağı gözlənir. Bu isə işsizlərin bir qədər də artacağı anlamına gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG