Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Rusiya mediası mayın 4-də yazıb ki, Daxili İşlər Nazirliyinin Moskva idarəsi müxalifət lideri Aleksei Navalny-ya hücumla bağlı cinayət işi başladıb. Hücumda Navalny-nın üzünə «zelyonka» atılıb və bir gözü zədələnib.

Cinayət işinin açılması xəbərini «Vedomosti» qəzeti yazıb və bildirib ki, polis daha bir neçə insidentə görə məsuliyyət daşıyanları axtarır. Belə ki, Navalny-dan öncə foto-bloqqer Ilya Varlamov, «Yabloko» partiyasının fəalı Natalia Fedorova da oxşar hücumlara məruz qalıb.

«Vedomosti»nin yazdığına görə, Kreml bəzi tərəfdarlarına mesaj göndərmək istəyir ki, onların hərəkətləri müxalifətə yalnız kömək edir.

Navalny-nın vəkili istintaqdan xəbəri olmadığını, bu haqda mediadan oxuduğunu söyləyib.

Navalny-ya aprelin 27-də hücum olunub. Bu həftənin əvvəlində o, Rusiya hüquq-mühafizə orqanlarına rəsmi şikayət göndərmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG