Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:20

Sumqayıt Sənaye Parkı ötən il 19 milyon ziyan edib


Sumqayıt Sənaye Parkının maketi

“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) ilk dəfə illik maliyyə hesabatını açıqlayıb. Sənədə əsasən, 4 sənaye parkının (Sumqayıt, Balaxanı, Pirallahı, Qaradağ) idarəedicisi olan məhdud məsuliyyətli cəmiyyət 2016-cı ildə 391,6 min manat gəlir əldə edib.

2016-cı ildə cəmiyyətin ziyanı 19,7 mln. manat olub. Bu, əvvəlki ildəkindən 17,7 mln manat çoxdur.

Buna da bax:​ Kimya Sənaye Parkına 170 hektar ayrılacaq

Ziyanın əsas hissəsi (15 mln manat) aktivlərin qiymətdən düşməsi ilə bağlıdır. 2017-ci ilin əvvəlinə parkın ziyanının artdığı bildirilir. Əməkhaqqı ödənişi və sosial ayırmalara 916 min manat xərclənib.

Ötən il SKSP-yə 61,4 milyon manat məbləğində dövlət investisiyaları qoyulduğu bildirilir. Ümumi investisiyalarin isə 155 milyon manatdan çox olduğu söylənir.

“Sumqayıt Kimya Sənaye Parkı” 2011-ci ilin dekabrında yaradılıb. Ərazisi 466,37 hektar təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG