Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:59

İmişli rayonunun Cəfərli kəndində Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində yem emalı məntəqəsi inşa edilib. Mayın 2-də tikintinin başa çatması mərasimlə qeyd olunub.

Bu haqda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan ofisinin məlumatında bildirilir.

Tədbirdə USAID, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

Məlumatda vurğulanır ki, bu layihəni USAID və Azərbaycan hökuməti birgə maliyyələşdirib. Onu Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) icra edib.

«ABŞ Azərbaycanla tərəfdaşlıq etməyə sadiqdir. Birgə işləyərək biz sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik», - USAID-in layihələr şöbəsinin əməkdaşı Ryan Russell deyib.

O əlavə edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi öz problemlərinin həlli yollarını tapmaqdan ötrü Azərbaycan vətəndaşlarını bir araya gətirməkdir.

Layihədən Cəfərli kəndinin 754 ailəsi faydalana biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG