Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:27

Erdogan Rusiyanı sanksiyaları təcili aradan qaldırmağa çağırıb.


Vladimir Putin və Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan Rusiyanı onun ölkəsinə qarşı tətbiq etdyi bütün sanksiyaları aradan qaldırmağa çağırıb.

Bu barədə mayın 3-də TASS agentliyi məlumat yayıb.

Onun fikrincə bu sanksiyaların aradan qaldırılması iki ölkə arasındakı münasibətlərin normallaşmasına xidmət edəcək.

“Əgər illik ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaq istəyiriksə, onda bütün sanksiyaları təcili və tam aradan qaldırmalıyıq”, Erdogan mayın 3-də Soçiyə səfəri ərəfəsində deyib.

Türkiyə və Rusiya prezidentləri mayın 3-də Soçidə Suriya münaqişəsini müzakirə etməlidirlər.

Bu barədə Azadlıq Radiosu Reuters və digər indormasiya agentliklərinə istinadla xəbər verir.

Qeyd edək ki, Rusiya ilə Türkiyənin Suriya münaqişəsində mövqeləri fərqlidir.

Moskva bu münaqişədə Suriya prezidenti Bashar Assadın tərəfini saxlayır.

Türkiyə isə hesab edir ki, Assad getmədən Suriyada sülh mümkün deyil.

Türkiyə prezidenti Racep Tayyip Erdogan mayın 3-də Soçiyə yollanmazdan qabaq Ankarada jurnalistlərə deyib ki, Rusiya ilə Türkiyə Suriya münaqişəsinin siyasi yolla həllinin tərəfdarıdırlar.

Onu da qeyd edək ki, son vaxtlar Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya danışıqlarına Rusiya, Türkiyə və İran vasitəçilik edirlər.

Bu münaqişədə İran da Suriya rejiminin tərəfini saxlayır.

Mayın 3-də Astanada hökumət və müxalifət nümayəndələri arasında danışıqların növbəti mərhələsi keçirilməlidir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura da danışıqlara qatılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG