Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 15:58

Erdogan:"Ankara əks halda Avropa Birliyinə əlvida deyəcək"


Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan Avropa Birliyini Türkiyənin bu birliyə daxil olması ilə bağlı açıq danışıqlara başlamağa çağırıb və xəbərdarlıq edib ki, əks halda Ankara bu blokla heç bir danışıqa getməyəck və “əlvida” deyəcək.

O, bunu mayın 2-də-Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komisarıJohannes Hahn-ın Türkiyə ilə bağlı bəyanatından sonra çıxış edib.

Hahn deyib ki, Türkiyə Erdoganın rəhbərliyi altında Avropa Birliyinə qoşulmaqdan üz döndərib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoglu isə bu arada deyib ki, Erdogan mayın sonunda NATO sammiti çərçivəsində Avropa Birliyinin rəhbər nümayəndələri ilə görüçməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı il 15 iyul qiyamından sonra Türkiyədə aparılan kütləvi həbslər və prezidentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı bu yaxınlarda bu ölkədə keçirilən referendumdan sonra Avropa Birliyi ilə Ankara arasındakı münasibətlərin korlandığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG