İran prezidenti Hassan Rouhani Körfəzdə yeni neft emalı zavodunun açılışını edib. Prezident bu zavodun ölkəni benzinlə təmin edəcəyini bildirib. Prezident bu layihənin gerçəkləşməsinə 2015-ci ildə dünya gücləri ilə əldə olunan nüvə sazişinin imkan verdiyini bildirib.
Rouhani aprelin 30-da Bəndər-Abbasdakı zavodda jurnalistlərə deyib ki, «öz-özünü benzinlə təmin etmək İran xalqından ötrü böyük şərəfdir».
Bəndər-Abbas Tehrandan 1205 km cənubda yerləşir.
Zavod İslam Keşikçiləri Qvardiyasının iqtisadi qanadı olan «Khatam-al Anbia» tərəfindən tikilib.
İran hazırda gündəlik 64 milyon litr benzin istehsal edir və daxili tələbatı ödəməyə 12 milyon litr də idxal edir.
Yeni zavod birinci mərhələdə günə 12 milyon litr, 2018-ci ildə tamamlanandan sonra isə günə 36 milyon litr benzin hasil edə biləcək.