Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 12:44

Aprelin 30-da keçirilən “Bakı Marafonu-2017” başa çatıb. “Küləyə qalib gəl!” şüarı altında təşkil olunan yarımmarafon Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb. Marafonun məsafəsi 21 kilometr olub.

Marafonda yaşı 16-dan yuxarı şəxslər, həmçinin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Marafona 1000-dən çox xarici vətəndaşın, o cümlədən İsveçrə, Hindistan, Çex Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və Malayziyanın Azərbaycandakı səfirlərinin qatıldığı bildirilir.

Marafon qalibləri arasında Türkiyə, Rusiya, Ukrayna, İran vətəndaşları var. Qaliblərə pul mükafatları, hədiyyələr, medal və sertifikatlar verilib.

Marafonun təşəbbüsçüsü Heydər Əliyev Fondudur.

“Bakı Marafonu” ilk dəfə 2016-cı il mayın 1-də keçirilib.

Bu cür marafonlar indiyədək London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımmarafonun məsafəsi isə 21 kilometrdir. Marafon yarışları idman tədbiri olmaqla yanaşı həm də xeyriyyə məqsədi daşıyır.

Heydər Əliyev Fondu ölkənin ən böyük QHT-si sayılır. Tənqidçilər ölkədə digər QHT-lərə basqılara baxmayaraq, bu QHT-nin maliyyə mənbələrini açıqlamadığını, daha çox hakim rejiminin xaricdə nüfuzunu cilalamağa yardım etdiyini, bu məqsədlə müxtəlif xeyriyyə layihələri gerçəkləşdirdiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG