Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:45

QHT-lər 15 min manatadək vəsaiti nağdlaşdıra biləcək


Rüfət Aslanlı

Aprelin 29-da Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyinin QHT və KİV nümayəndələri ilə görüşü olub. Görüşdə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn məsələlər müzakirə olunub.

QHT rəhbərləri üzləşdiyi çətinliklərdən danışıblar. Onların sözlərinə görə, bəzi banklar 5 min manatdan artıq vəsaiti nağdlaşdırmağa icazə vermir. Vəsaitin nağdlaşdırılması zamanı tutulan 1% komisyon haqqı isə yüksəkdir.

Buna da bax: QHT-lər palatadan niyə narazılıq edir?

MBNP Direktorlar Şurasının sədri Rüfət Aslanlı qeyd edib ki, sənədin qəbulu iqtisadiyyatın şəffaflaşdırılması baxımından önəmlidir.

Onun sözlərinə görə, MBNP banklara məktub göndərib və məktubda bildirilib ki, qanunvericiliyə görə, satınalmalarda iştirak edən şəxslər tərəfindən 5 min manatdan çox vəsaitin nağdlaşdırılması qadağandır. Banklar bunu yanlış anlayıb və qrantların nağdlaşdırmasına qadağa və limit tətbiq edib.

Buna da bax: 12 ildir gözlənən qanun

R.Aslanlının sözlərinə görə, artıq bununla bağlı banklara uyğun göstəriş verilib və problem aradan qaldırılıb. Beləliklə, QHT-lər 15 min manata qədər olan vəsaiti nağdlaşdıra biləcək.

XATIRLATMA

QHT-lərin nağd əməliyyatlar aparmasına tətbiq edilən məhdudiyyətlər bir neçə gündür ki, gündəmdədir. Bundan əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurası rəsmiləri də durumdan narahatlıqlarını bildiriblər.

“Nağdsız hesablaşmalar haqqında” qanunu 2016-cı il dekabrın 16-da ölkə başçısı təsdiqləyib.

Qanun əlavə dəyər vergisi (ƏDV) məqsədlərindən ötrü qeydiyyata alınan, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən qüvvəyə minib.

Digər vergi ödəyicilərinə münasibətdə isə qanun aprelin 1-dən qüvvədədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG