Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:23

Venesuela Amerika dövlətləri təşkilatından çıxır


Nicolas Maduro

Venesuela Amerika dövlətləri təşkilatından çıxır.

"Komsomolskaya pravda" nın yazdığına görə, bu barədə Venesuelanın təşkilatdakı missiyası özünün Tvitter səhifəsində məlumat yayıb.

“Amerika dövlətləri təşkilatındakı diplomatik missiya təşkilatın baş katibi Luis Alımagroya, prezident Nicolas Maduronun imzası ilə, ölkənin bu təşkilatdan çıxması proseduruna başlanması barədə məktub təqdim edib” məlukatda bildirilir.

Təşkilatın daimi şurası ötən çərşənbə günü Venesueladakı vəziyyəti müzakirə etmək üçün xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bundan əvvəl bildirmişdi ki, əgər təşkilat onların razılığı olmadan belə bir iclas keçirsə Venesuela bu qurumdan çıxacaq.

Nazir qeyd edib ki, Karakas belə bir qərarı ABŞ-ın siyasətinə etiraz olaraq qəbul edib.

Prezident Maduro hesab edir ki, ABŞ Amerika dövlətləri təşkilatında manipulyasiya aləti kimi istifadə edir.

Amma məlumata görə, ölkənin bu təşkilatdan çıxma proseduru 2il vaxt aparacaq.

Karakas hesab edir ki, təşkilatın baş katibi və bir sıra ölkələr Venesuelanın inkişaf modelini görmək istəmirlər.

Qeyd edək ki, hazırda Venesuelada iqtisadi və siyasi böhran yaşanır.

Demək olar ki, hər gün ölkədə kütləvi nümayişlər keçirilir.

Apreldən bu yana polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 30-a yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG