Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:34

Pentaqon da Flynn məsələsini araşdırır


Michael Flynn

Pentaqonun baş inspektoru prezident Donald Trump-ın keçmiş müşavirinin icazə almadan Rusiyadan pul qəbul etməsini araşdırır. Məlumatı ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri aprelin 27-də verib.

2015-ci ildə Moskvaya səfəri zamanı Michael Flynn-in Rusiyanın RT televiziya şəbəkəsindən 45 min dollar aldığı bildirilir. Bundan öncə o, Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru vəzifəsindən çıxarılmışdı və istefada olan general leytenant idi.

Aparıcı konqresmenlər bu həftə bildiriblər ki, Flynn RT-nin qala-naharında çıxışına görə pul almaqdan ötrü icazə istəməyib. Həmin nahara Rusiya prezidenti Vladimir Putin də qatılıb.

Pentaqonun da Flynn-in belə bir icazə istəməsinə sübut tapmadığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG