Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 08:14

Navalny-nın üzünə yaşıl boya atıblar


A.Navalny hücumdan sonra

Rusiyada müxalifət lideri Aleksei Navalny-nın üzünə yaşıl boya atıblar, o, qısa müddətə xəstəxanaya yerləşdirilib. Navalny son beş həftədə artıq ikinci dəfə yaşıl boya hücumuna məruz qalır.

Navalny aprelin 27-də deyib ki, Antikorrupsiya Fondunun Moskvadakı qərargahının qarşısında üzünə yaşıl boya atıblar, gözünün buynuz təbəqəsi zədələnib.

Hücumu kimin etdiyi bəlli deyil.

«Şrek-2: indi təkgözlüyəm», – Navalny bloqunda yazıb və bir gözü yarıqapalı olan fotosunu yerləşdirib. O, gözünün içinin yandığını və aça bilmədiyini sözlərinə əlavə edib.

Navalny gələn ilin martında keçiriləcək prezident seçkisində namizəd olmağa çalışır. Həmin seçkidə indiki prezident Vladimir Putin-in daha bir müddətə ölkə başçısı postuna iddia edəcəyi gözlənir.

Amma Navalny-yə qarşı maliyyə ittihamları təsdiqlənsə, seçkiyə buraxılmaya bilər.

Martın 20-də də Navalny Sibirin Barnaul şəhərində oxşar hücuma məruz qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG