Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:28

Moldovanın nəqliyyat və yol infrastruktur naziri də saxlandı


Iurie Chirinciuc,

Moldovanın nəqliyyat və yol infrastruktur naziri Iurie Chirinciuc korrupsiya ittihamı ilə saxlanıb.

Bu barədə aprelin 27-də AzadlıqRadiosunun Moldova xidməti məlumat yayıb.

Milli antikorrupsiya agentliyinin maskalı əməkdaşlarıaprelin 27-də nazirliyin binasına girərək onu aparıblar.

Bundan bir gün əvvəl Dövlət yollar administrasiyasının rəhbəri Veaceslav Teleman-da saxlanıb.

O da korrupsiyada şübhəli bilinir.

Həmçinin məhkəmə bundan əvvəl paytaxt merinin müavini Nistor Grozavu və Şəhər nəqliyyat departamentinin rəisiIgor Gamretchi-ni eyni məsələyə görə ev dustağı edib.

Həmçinin iqtisadiyyat nazirinin müavini Valeriu Triboli aprelin 3-dən korrupsiya ittihamı ilə ev dustağıdır.

Kənd təsərrüfatı naziri Eduard Grama da bu ilin martından eyni ittihamla ev dustağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG