Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 02:55

Çin hakimiyyəti dini müsəlman adlarını qadağan elədi


Foto arxiv

Çin rəhbərliyi ölkənin şimal-qərbindəki Sincan əyalətində uşaqlara dini müsəlman adları qoyulmasını qadağan edib.

Bu barədə aprelin 27-də AzadlıqRadiosu “Azad Asiya” radiosu “Guardian” və “The Telegrap” a istinadla məlumat verib.

Sincan əyalətinin rəsmisi aprelin 25-də “Azad Asiya” radiosuna müsahibəsində Qərb agentliklərinin yaydıqları bu məlumatı təsdiqləyib.

O, qadağan edilmiş adlara nümunə kimi, İslam, Quran, Məkkə, Cihad, İmam, Səddam, Həcc və Mədinə kimi adları göstərib.

Məlumata görə bu, “etnik azlıqlara ad qoyulması” barədə yeni qaydada nəzərdə tutulur.

Urumçi polisinin nümayəndəsi bildirib ki, bu cür adlar verilmiş istənilən uşaq ölkənin qeydiyyat sistemindən çıxarılacaq.

Qeyd edək ki, bu bölgədə azı 10 milyon uyğur türkü yaşayır. Bundan başqa regionda 1,5 milyon qazax, 150 min qırğız, 5000 tatar, 4000 tacik və 1000-ə yaxın dunqan yaşayır.

Uyğurlar vaxtaşırı hakimiyyətin onlara qarşı ədalətsiz mövqeindən şikayətlənirlər.

Ölkənin kommunist hakimiyyəti əsasən uyğurların yaşadığı Sincan əyalətini ciddi nəzarətdə saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG