Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:11

İsrail təyyarələri Dəməşqin ətrafına zərbələr endirib


Foto arxiv

İsrailin hərbi-hava qüvvələri aprelin 27-də Dəməşq hava limanının yaxınlığına zərbələr endirib.

Reutersin məlumatına görə hədəf “Hizbullah” qrupuna məxsus anbar olub.

Livanın “Al-Manar” televiziya kanalının məlumatına görə, bu yanacaq anbarıdır.

Partlayış o qədər güclü olub ki, 25 kilometrlikdə yerləşən paytaxtda da eşidilib.

Suriyanın SANA agentliyinin hərbi mənbələrə istinadla verdiyi məlumata görə zərbələr İsrailin işğal etdiyi ərazilərdən endirilib.

Hökumətpərəst “Al-Mayadeen” televiziyası da zərbələrin İsrailin işğal elədiyi Colan yüksəkliklərindən endirildiyini xəbər verir.

SANA agentliyi də hədəfin yanacaq anbarı olduğunu bildirir.

Suriya üsyançıları isə hədəfin “Hizbullah”a aid silah anbarı olduğunu deyirlər.

Qeyd edək ki, Rusiya, İran və Tehranın dəstəklədiyi “Hizbullah” qrupu Suriya müharibəsində prezident Bashar Assad rejiminin tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG