Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:27

Fransa məhkəməsi Haradinaj-ı Serbiyaya vermədi


Ramush Haradinaj

Fransa apellyasiya məhkəməsi Belqradın xahişini rədd edib, Kosovonun keçmiş baş naziri Ramush Haradinaj-ı Serbiyaya verməyib, onu azadlığa buraxıb. Serbiya Haradinaj-ı hərbi cinayətlərdə şübhəli bilir.

Aprelin 27-də məhkəmə qərarından sonra Haradinaj deyib ki, prosedur qapandı və Serbiyanın ekstradisiya tələbi rədd olundu.

«Bu andan azadam, ümid edirəm, bu gün Kosovoya qayıda biləcəyəm», – o, jurnalistlərə söyləyib.

R.Haradinaj Kosovonun 1998-99-cu illər müstəqillik müharibəsi dövründə partizanların komandiri olub. Serbiya onu adam oğurluğu və işgəncə daxil olmaqla, hərbi cinayətlər törətməkdə şübhəli bilir.

48 yaşlı Haradinaj özünü «siyasi girov» sayırdı. Onu Haaqadakı Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı iki dəfə mühakimə edib və hərbi cinayətlərdən bəraət alıb.

2004-cü ildə Kosovonun baş naziri seçilib. 100 gündən sonra Haaqa məhkəməsinə təslim olmaqdan ötrü istefa verib.

2008-ci ildə Serbiyadan ayrılmış Kosovonun müstəqilliyini 114 ölkə tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG