Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 00:48

Kalininqradda 12 orta asiyalı saxlanıb


FSB

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) aprelin 26-da bildirib ki, Kalininqradda islamçı ekstremist qrupa üzvlükdə şübhəli bilinən 12 nəfər saxlanıb.

Elə dünən FSB «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının iki şübhəli tərəfdarını saxladığını bildirmişdi. Onların Rusiyanın Uzaq Şərqində «yüksək profilli» terror hücumu planlaşdırdığı bildirilib.

FSB Kalininqradda saxlanan 12 nəfəri İslamçı cihad – «Camaat əl-Mücahidin» qruplaşmasına üzv yığmaqda şübhəli sayır.

Bu şəbəkənin lideri Özbəkistanda ekstremist cinayətlərə görə axtarılır. FSB saxlananları qısa zamanda terrorçuluq ittihamlarıyla mühakimə olunmaqdan ötrü öz vətənlərinə deportasiya edəcəyini deyir.

Kalininqrad Polşayla Litvanın arasında yerləşir və hərbi əhəmiyyəti böyükdür.

Bu ay artıq üçüncü dəfədir Rusiya orta asiyalıları ərazisində terrorçuluq fəaliyyətində suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG