Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:20

Türkityə ordusu YPG qrupunun Suriyadakı mövqelərinə hücuma keçib


Foto arxiv

Suriyanın şimalında Türkiyə ordusu ilə kürd qruplaşması arasında toqquşmalar gedir.

Bu barədə aprelin 26-da firatnews.com saytı və digər informasiya agentlikləri məlumat yayıb.

Məlumata görə, Türkiyənin artileriya qüvvələri bir gün əvvəl kürd yaraqlılarının mövqelərini atəşə tutub və Türkiyə ordusu bundan sonra yaraqlıların Firfirke kəndindəki mövqelərinə hücuma keçib.

İtkilər barədə hələlik məlumat yoxdur, döyüş davam edir.

Türkiyə ordusu həmçinin aprelin 25-də kürd qruplarının Suriya və İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib.

Nəticədə Suriyada 20 YPG yaraqlısının öldüyü , 18-nin isə yaralandığı bildirilir.

YPG qrupu eyni zamanda ABŞ- hərbi-hava qüvvələrinin dəstəyi ilə “İslam Dövləti” qrupunun nəzarətində olan Rakka və Tabka şəhərlərinə hücuma keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG