Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:23

Azərbaycanla Avropa Birliyi (AB) arasında yeni saziş layihəsi üzrə danışıqlar davam edir. Verilən məlumatlara görə, bu gün, aprelin 26-sı danışıqların mövcud mərhələsi başa çatmalıdır.

Danışıqların Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) aparıldığı bildirilir. Amma müzakirələrin təfərrüatları barədə, hələlik, məlumat verilmir.

Növbəti mərhələnin vaxtı və danışıqların əsas detalları da açıqlanmır.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Həmin danışıqların növbəti mərhələsi dünən, aprelin 25-dən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG