Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbəri aprelin 24-dən 27-dək Moskvada səfərdədir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həllinin asanlaşdırılmasıdır.
ATƏT-in baş katibi Lamberto Zannier Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşəcək. Zannier-i səfərdə ATƏT-in münaqişələrin önlənməsi mərkəzinin direktoru Marcel Pesko müşayiət edir.
Pesko Rusiya-Ukrayna sərhədində keçid məntəqələrinə də baş çəkəcək. Orada ATƏT-in müşahidə missiyası yerləşir.
Görüşlərdə Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin də həlli yollarının götür-qoy ediləcəyi bildirilir.
Zannier 6-cı Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına da qatılacaq.