Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:47

Bukmeykerlər "Eurovision-2017" nin favorit mahnısını seçiblər


Bu il Ukraynada keçiriləcək "Eurovision 2017" musiqi yarışmasının loqosu.

Hər il Avropa ölkələrinin müğənnilərinin yarışdığı "Eurovision" musiqi yarışmasının bu ilki favoriti İtalya təmsilçisi "Occidentali's Karma" mahnısı ilə yarışacaq Francesco Gabbani seçilib. Seçim nüfuzlu bukmeyker kontorları tərəfindən aparılıb. Belə ki Bet365, Betway, Betfred, Unibet, Ladbrokes və Paf kontorlarında ən yüksək əmsal İtaliyaya verilib.

Buna da bax: Azərbaycanın 'Eurovision-2017' təmsilçisi bəlli oldu

Occidentali's Karma mahnısı insanlığın təkamülündüən, problemlər və gələcəyə ümüdlərdən bəhs edir. Müğənnini səhnədə rəqs edən meymun da müşayət edir. Gabanni`nin mahnısına youtubedə 100 milyona qədər baxış olub.

Eurovision-2017-də İtalya təmsilçisi Francesco Gabbani`nin Occidentali's Karma mahnısı.

Bukmeykerlərin təxmininə görə yarışmanın ikincisi Bolqarıstan, ondan sonra isə İsveç və Portuqaliya ola bilər.

Xatırladaq ki, "Eurovision-2017" musiqi yarışması bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Yarışmada 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalı 9 və11 mayda, finalı isə 13 mayda baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG