Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

'Trump nüvə sazişini dayandırmağa bəhanə axtarır'


Abbas Araghchi

ABŞ prezidenti Donald Trump İranla nüvə sazişini dayandırmağa bəhanə axtarır. Bunu İranın Xarici İşlər Nazirliyi aprelin 22-də yaydığı bəyanatda bildirir və dərhal da əlavə edir ki, «buna imkan verməyəcəyik».

Xarici işlər nazirinin müavini Abbas Araghchi bildirib ki, ölkəsi aprelin 25-də Vyanada keçiriləcək toplantıda bu məsələni qaldıracaq. Həmin görüşdə 2015-ci ildə əldə olunmuş nüvə sazişinin icrası müzakirə olunacaq.

ABŞ dövlət katibi Rex Tillerson aprelin 19-da öncəki administrasiya dönəmində əldə olunmuş sazişi kəskin tənqid edib, onun, sadəcə, İranın nüvə ölkəsinə çevrilmək niyyətini əngəllədiyini, Tehranın Yaxın Şərqdə davam edən və narahatlıq yaradan provokasiyalarını önləmədiyini söyləyib.

İran isə bu bəyanata cavabında deyib ki, Birləşmiş Ştatlar sazişin qoyduğu öhdəliklərini yerinə yetirməlidir, İrana ittihamlar irəli sürməməlidir.

Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırmasının əvəzində bu ölkəyə iqtisadi sanksiyaların qaldırılmasına imkan verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG