Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:40

Fəalların məhkəmələrində pozuntular olduğu bildirili


Fuad Ahmadli

“Azərbaycanda vətəndaş fəalları, inanclı insanlar, jurnalist və bloqqerlərin işləri üzrə məhkəmə prosesləri onların hüquqlarının kobud şəkildə pozulması ilə keçirilir ”.

Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin 2017-ci ilin birinci rübündə keçirilmiş məhkəmə proseslərinin monitorinqlərinin yekunlarına aid məlumatında bildirilir.

Hüquq müdafiə təşkilatı üç prosesin - Nardaran hadisələri , jurnalist Fikrət Fərəməzoğlunun və bloger Mehman Hüseynovun işi üzrə proseslərin monitorinqinə əsasən, yuxarıda açıqlanan nəticələrə gəlib.

Bundan başqa, Siyasi Məhbusların Monitorinqi Mərkəzi ilahiyyatçı Sərdar Babayevin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədlinin, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun və aksiyaya görə həbs edilən Cəbrayıl rayonu köçkünlərinin işlərini müşahidə edib.

“Bu şəxslər, hələ məhkəmə qarşısına çıxarılmayıb. Hələlik, onların işləri üzrətəhqiqatlar qapalı rejimdə məhkəmə nəzarəti qaydasında keçirilib. Amma vəkillərdən daxil olan məlumatlar təqsirləndirilən şəxslərin elementar hüquqlarının pozulduğunu göstərir”, mərkəzin məlumatında yazılır.

Məlumatda vurğulanır ki, məhkəmələr, bir qayda olaraq, siyasi məhbus sayılan şəxslərin vəkillərinin bütün vəsatətlərini rədd edir. Bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) maddəsini pozulur.

“Bundan başqa, hakimlər işgəncələr və keyfiyyətli tibbi yardımın təmin edilməməsi ilə bağlı şikayətlərə məhəl qoymur. Bu da Konvensiyanın 3-cü (işgəncələrin qadağan edilməsi) maddəsinin pozulması deməkdir”.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin bu açıqlamasına, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar hesab edirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG