Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:48

Əfqanıstanda azı140 əsgər öldürülüb, ölü sayının artacağı istisna deyil


Foto arxiv

Talibançıların Əfqanıstanın şimalındakı hərbi bazaya hücumu nəticəsində azı 140 əsgər və hərbçi ölüb.

Bu baza Məzari-Şərif şəhərinin ətrafında yerləşir.

Əfqanıstanın rəsmi mənbələrindən verilən məlumata görə, talibançılar hücumdan əvvəl hökumət qüvvələrinə məxsus forma geyiblərmiş.

Bu Əfqanıstanda hərbi bazalara edilən hücumlarda ən böyük itkidir.

Yerli hakimiyyət həmçinin xeyli adamın yaralandığını xəbər verir.

Reuters-in digər mənbələrə istinadla verdiyi məlumata görə ölü sayı bundan çox ola bilər.

Hücum, əsgərlər bazanın həyətindəki məsciddə cümə namazından çıxarkən törədilib.

Yaraqlılar həmçinin yeməkxanada olan əsgərləri atəşə tutublar.

Demək olar ki, bütün gün boyu döyüş gedib və hərbçilər də ölü sayının artacağını istisna etmirlər.

Talibansa 500-dən çox əsgərin öldürüldüyü və ya yaralandığını deyir.

Həmcinin BBC, talibançıların onlarla itki verdiyini xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG