Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 13:35

Almaniyada türkü öldürmüş serb deportasiya olunub


Almaniyada həbsxana

Aprelin 20-də Almaniya gənc türk qadını qətlə yetirmiş serbiyalını öz vətəninə deportasiya edib. Həmin qətl dünyada və Almaniyada böyük qalmaqal yaratmışdı.

22 yaşlı Sanel Masovic qətlə görə cəzasını çəkəndən sonra deportasiya olunub.

O, 2014-cü ildə «McDonald's» restoranından iki qızın müdafiəsinə gəlmiş Tüğçe Albayrak-ı öldürməkdə təqsirli bilinib.

Masovic Albayrak-ı başından vurmuş, o yıxılmış, başı səkiyə dəymişdi. Qız komaya düşərək iki həftə sonra, 23 yaşı tamam olan gün dünyasını dəyişmişdi.

Bu hücumun təsvir olunduğu kamera görüntüləri ölkə mediasında yayılmış, Albayrak «qəhrəman» adlandırılmışdı. Onun dəfninə mindən çox adam qatılıb.

Masovic iki il yarım cəza çəkib. Məhkəməsində hakim onun Albayrak-ı qəsdən öldürmədiyini bildirib. Masovic özü də məhkəmədə dərin peşmançılıq keçirdiyini dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG