Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 15:46

Suriya hərbi təyyarələrini Rusiya bazasının yaxınlığına köçürüb


Foto arxiv

Suriya hərbi təyyarələrinin əksəriyyətini Hemeymimdəki Rusiya bazasının yaxınlığına köçürüb.

Bu barədə CNN Pentaqondakı mənbələrə istinadla xəbər verir.

Mənbələrin məlumatına görə, buna, ABŞ-ın bu günlərdə Suriyanın hava bazasını vurmasından az sonra başlanıb.

Qeyd edək ki, ABŞ Suriyanın İdlib əyalətində kimyəvi silah işlədilməsinə cavab olaraq aprelin 6-da Suriyanın Şayrat hava bazasına raket zərbələri endirib.

İndi Suriyanın hərbi təyyarələri Bassel al-Assad adına beynəlxalq hava limanın yanındakı hərbi bazada yerləşdiriləcək.

İndiki Suriya prezidentinin böyük qardaşı olan Bassel al-Assad 1994-cü ildə vəfat edib.

Həmin hərbi bazanın yaxınlığında isə Rusiya qüvvələrinin yerləşdirildiyi Latakiyə və Hemeymim bazaları yerləşir.

CNN yazır ki, Rusiya bazaları hava hücumlarından müdafiə raketləri ilə qorunduğundan, Dəməşq hesab edir ki, ABŞ bu bazaların yaxınlığında yerləşdirilən Suriya təyyarələrinə yəqin ki, zərbə endirməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG