Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 11:56

Rusiya Pxenyanla bağlı bəyanatı əngəlləyir


Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov

Rusiya BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın son raket sınağını pisləməsini əngəlləyib. Diplomatların sözlərinə görə, hətta Çin belə, Birləşmiş Ştatların hazırladığı sərt bəyanatı dəstəkləyibmiş.

Aprelin 19-da hazırlanan bəyanatda Şimali Koreyadan tələb olunurdu ki, daha nüvə sınağı aparmasın, raket sınaqlarını da dayandırsın. Pxenyan ötən həftəsonu uğursuz sınaq keçirmişdi.

Rusiya istəyib ki, əvvəlki qətnamədəki fikirlər də bəyanata salınsın. Həmin qətnamədə dialoq yoluyla həllin vacibliyi vurğulanırdı.

Ötən ay Şura üzvləri yekdilliklə Pxenyanın raket sınaqlarını pisləyib, onun getdikcə sabitsizlik yaradan davranışından ciddi narahatlıq bildiriblər.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley aprelin 19-da vurğulayıb ki, eskalasiyanın önlənməsinin yükü indi Şimali Koreyanın üzərindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG