Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Google Earth yeniləndi


Google dünyanı kəşf etməyə imkan verən Google Earth proqramının yeni versiyasını yayımlayıb.

Yeni versiya fərqli özəlliklərlə daha cəlbedici formaya düşüb.

Yenilənən proqram Chrome və Android üçün əlçatandır.

Gəmi təkəri simvolu ilə göstərilən “Voyager” adlı özəllik sizi interaktiv bir ekskursiyaya aparır.

“Natural Treasures” bölməsinə tıkladıqda adaları, meşələri, dağları, otlaqları, şəhərləri, bir sözlə təbiəti kəşf etmək olar.

Maraqlı yerlərə həm də, 3D düyməsini basıb müxtəlif bucaqlardan baxmaq imkanı var.

“Feeling Lucky?” özəlliyi istifadəçini dünyanın maraqlı bir ərazisinə yönləndirir və bu yer haqqında bilgi kartı təqdim edir.

“Street View” bölməsiylə yerlərin müxtəlif fotolarını görmək olar. İstifadəçilər özləri də fotolarla dəstək ola bilərlər.

Göstərilən yerlər haqqında daha dolğun fikir yaratmaq üçün müxtəlif videolar da yer alır.

Yeni versiya iOS platformalı cihazlar və digər brauzerlər üçün də yayımlanacaq. Ancaq, bundan öncəki masaüstü versiyası Earth7 də işləkdir.

Yeni Google Earth klassikin yerini almasa da, planeti kəşf etmək üçün yeni nəsil özəllikləri təqdim edir. Proqram köhnə platformadan daha sürətli yenilənən veb əsaslı bir modelə (mobil xaric) çevrilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG