Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 23:58

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 19-da Malta prezidenti Marie-Louise Coleiro Preca ilə görüşüb.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidməti məlumat yayıb.

Nazir ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Azərbaycan və Avropa Birliyi arasında əlaqələrin irəliləyə aparılmasında rolundan bəhs edib.

Buna da bax:​ E. Məmmədyarovun Malta görüşləri

O, Avropa Birliyi ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barədə məlumat verib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

Xəbərə görə, Marie-Louise Coleiro Preca iki ölkə arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib.

O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətinə toxunub.

Buna da bax: AB ilə dialoq Azərbaycanın prioritetləri sırasındadır

E. Məmmədyarov aprelin 17-də Maltaya gedib. O, aprelin 18-də bu ölkənin baş naziri Joseph Muscat, xarici işlər naziri George Vella və parlamentin spikeri Anglou Farruca ilə görüşüb.

Nazirin Maltadan da İtaliyaya yola düşəcəyi bildirilir.

E. Məmmədyarovun İtaliyada da rəsmi görüşlərini davam etdirəcəyi, ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparacağı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG