Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:29

Haaqa məhkəməsi Rusiyaya qarşı tədbir görməyəcəyini deyir


Foto arxiv

Haaqadakı beynəlxalq məhkəmə Rusiyaya qarşı müvəqqəti dədbirlər görməyəcəyini bəyan edib.

Bu barədə AzadlıqRadiosu Haaqa məhkəməsinə istinadla xəbər verir.

Qeyd edək ki, Ukrayna Haaqa məhkəməsində iddia qaldıraraq, Moskvanın Ukraynanın şərqindəki rusiyapərəst separatçıları maliyyələşdirməsi və onlara hərbi yardımı göstərməsini dayandırmaq üçün Rusiyaya qarşı müvəqqəti tədbirlər görülməsini tələb edib.

Məhkəmə hesab edib ki, Ukrayna Rusiyanın terrorçuluğy maliyyələşdirməsi barədə əsaslı sübutlar göstərə bilməyib.

Amma prosesdə Kiyevin ikinci iddia ilə bağlı tələbi qismən təmin olunub. Söhbət İrqi ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı Konvensiyanın pozulmasından gedir.

Məhkəmə Rusiyaya krım tatarlarının hüquqlarının pozulmasından çəkinməyi və Krımda Ukrain dilinin tədrisinə təmina verməyi tapşırıb.

Ukrayna prezidenti Petro Poroshenko bundan əvvəl Qərbin Ruisyaya qarşı sanksiyalarının qalmasını, Ukraynada islahatların uğuruna qarant hesab etdiyini bildirmişdi.

Reutersin məlumatına görə, o ,Londondakı Beynəlxalq Əlaqələr üzrə Kral institutunda çıxış edərkən ki, Rusiyanı Ukraynanın şərqindəki münaqişənin həlliylə bağlı Minsk razılaşmasının şərtlərinə əməl etməməkdə, öhtəliklərini yerinə yetirməməkdə günahlandırıb.

Qeyd edək ki, Qərb ölkələri 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

ABŞ və Avropa Birliyi ölkələri Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG