Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:27

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qəbul davam edir


IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Sentyabrın 28-də Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu qurumun təşkilatçılığı ilə baş tutacaq sərgi-yarmarka sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) keçiriləcək.

Xəbərdə vurğulanır ki, sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Buna da bax:​ "Balaca Şahzadə" Quran və İncildən sonra dünyanın ən çox tərcümə olunan kitabıdır

Artıq ənənə halını alan bu kitab bayramında dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir.

Yarmarkada nəşr məhsullarının nümayişi ilə yanaşı, satışı da təşkil edilir.

Sərgi-yarmarkanın son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.

Buna da bax: Zümrüd Yağmurun "Yağış qadın" romanı "Ankara kitab sərgisində" təqdim olunub

Bu il sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec avqustun 14-dək sərgi-yarmarkanın Təşkilat Komitəsinə təqdim olunmalıdır.

Sərgi-yarmarkaya iştirakçı kimi qatılmaq istəyənlər (nəşriyyat, kitab evi, kitabxana, səfirlik, yaradıcı birlik və s.) iştirak sənədlərini Təşkilat Komitəsindən çap və ya elektron variantında əldə edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG