Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:28

Zakir Həsənov İran parlamentində


Zakir Həsənov

«İran hər zaman Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq norma və prinsiplər çərçivəsində həllinə tərəfdardır».

Bunu bu gün, aprelin 17-si İran parlamentinin sədri Ali Larijani bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edərkən bildirib.

Görüşlə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı tərəflər regional təhlükəsizlik məsələlərini və Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.

Həmçinin, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərinin, qarşılıqlı maraq doğuran regional məsələlərin müzakirə edildiyi bildirilir.

Müdafiə naziri Z.Həsənov aprelin 15-də İran İslam Respublikasına gedib. O, bu görüşdən əvvəl isə Tehranda bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri Hossein Dehghan ilə bir araya gəlib. Həmin görüş zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG