Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 00:14

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin dəmiryol sahəsinin rəhbərləri Bakıda toplaşıb.

Aprelin 17-də eyni vaxtda İƏT-ə üzv dövlətlərin dəmiryol rəhbərlərinin 13-cü, bu qurumun Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının 7-ci və Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmiryol layihəsi üzrə yüksəksəviyyəli işçi qrupunun 3-cü iclası keçirilir.

Bu haqda «Azərbaycan Dəmir Yolları» QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.

Məlumatda iki gün davam edən tədbirlərdə əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlərin dəyərləndiriləcəyi bildirilir.

Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan, Pakistan və İranın nümayəndə heyətləri iştirak edir. Bundan başqa, İslam İnkişaf Bankı, Dəmiryol ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat, BMT-nin Avropa İqtisadi Komissiyası və başqa beynəlxalq qurumlar da müzakirələri izləyir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini İqbal Hüseynov «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışarkən bildirib ki, Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8.3 kilometr dəmiryol çəkilib. Astara çayı üzərindəki dəmiryol körpüsünün tikintisi də yekunlaşıb.

XATIRLATMA

««Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında» Saziş Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. 2002-ci il mayın 21-də qüvvəyə minib. Sonralar Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə, Ukrayna bu dəhlizə qoşulublar. Azərbaycan isə bu Sazişə 2005-ci il sentyabrın 20-də tərəfdar olub.

Dəhlizin yaradılmasında əsas məqsəd yük, sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmiryol, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazarına çıxışını təmin etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG