Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:41

Kompüterdə rəsm çəkmək Microsoft Paint çağından bəri az qala itmiş bir incəsənətə çevrilib. Ancaq, Google-un yeni proqramı bu sahəyə marağı qaytarmaq istəyir.

Autodraw adlanan qrafik redaktor çəkidiyiniz nəsnəyi tanımaq üçün süni intellektdən faydalanır. Beləcə, həvəskar kimi çəkdiyiniz hər hansı eskizi peşəkar incəsənət əsərinə çevirir.

Autodraw alətini seçib çəkməyə başlayan zaman Google-un süni intellekti nə olduğunu təxmin edir və ekranın yuxarısında bir neçə variant təklif edir. Bu təsvirlərdən birini seçib tıklayan zaman çəkdiyiniz cızma-qara peşəkar rəsmə dönür.

AutoDraw bir rəsm proqramının sahib ola biləcəyi digər özəllikləri də daşıyır. İstifadəçi rəngi dəyişə, fiqurlar çəkə, obyektlərin içərisini rəngləyə, ölçülərini dəyişə bilər.

Əgər bir obyekti seçsəniz, onu döndərə, sağdan sola, yuxarıdan aşağı çevirə bilərsiniz.

Proqrama autodraw.com saytından həm kompüterlə, həm də smartfon və planşetlə çatmaq olar. Çəkilən rəsmləri yükləmək və ya paylaşmaq da mümkündür.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG