Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:46

Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulur.

Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında bunu nəzərdə tutan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi əhalinin sağlamlığı, uşaqların, gənclərin qorunması, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Buna da bax:​ Deputat: ‘Siqareti universitetlərin dəhlizlərində çəkirlər’

İlk oxunuşda məqbul hesab edilən qanun layihəsi bir çox ictimai yerlərdə siqaret çəkilməsinin yasaqlanmasını nəzərdə tutur.

Siqaret çəkilməsinə yasaq gətirilməsi istənilən yerlər sırasına təhsil müəssisələri, idman kompleksləri, ticarət obyektləri, restoranlar, kafelər, otellər, sanatoriyalar, kinoteatrlar, muzeylər, yeraltı və yerüstü keçidlər daxildir.

Bundan əlavə, bütün növ nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında, vağzallarda, aeroportlarda, taksofonlarda, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, çimərliklərdə, mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların iş yerlərində siqaret çəkmək qadağan edilir.

Buna da bax: Paradoksal vəziyyət: Siqaret gömrükdə ucuzlaşıb, satışda isə...

Qanun layihəsi həmçinin tütün çəkməkdən ötrü xüsusi yerlərin ayrılmasını da nəzərdə tutur.

Layihəyə görə, tütün çəkməkdən ötrü ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verməlidir.

Qanun layihəsinə görə, yasaqları pozanlar mülki, inzibati qaydada məsuliyyət daşıyacaqlar.

Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi ictimai yerlərdə siqaret çəkilməsinə görə, cəza olaraq cərimə nəzərdə tutur.

Buna da bax:​ Siqaretə məhdudiyyət qoyula bilər

Həmin məcəlləyə görə, qanunla qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə, otuz manatdan yüz manatadək cərimələr tətbiq edilir.

İndi isə qanunla siqaret çəkilməsinə yasaq qoyulan yerlərin əhatəsi genişləndirilir.

Qanun layihəsinin Rusiya və Türkiyə təcrübəsindən istifadə edilməklə hazırlandığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG