Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 22:42

Moldova Avrasiya iqtisadi birliyində müşahidəçi statusu alır


Bişkek, 14 Aprel.04.2017

Avrasiya iqtisadi şurası Avrasiya İqtisadi Birliyində Moldovaya müşahidəçi dövlət statusu verilməsini təsdiqləyib.

RİA Novosti-nin aprelin 14-də verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev şuranın Bişkekdə keçirilən geniş iclasında bəyan edib.

İclasda Avrasiya İqtisadi Birliyi-nə daxil olan bütün 5 ölkənin liderləri-Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukashenka,Qazaxıstan prezidenti Nursultan Nazarbayev,Qərğızıstan prezidenti Almazbek Atambayev və Ermənistan prezidenti Serzh Sarkisian iştirak edirlər.

Görüşdə Moldova prezidenti İgor Dodon da iştirak edir.

O, bundan əvvəl Moldovaya bu birlikdə müşahidəçi statusu verilməsini xahiş eləmişdi.

Atambayevin sözlərinə görə, Avrasiya iqtisadi komissiyasının növbəti iclasında məsələ yekun təsdiqə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG