Türkiyədə aprelin 16-da baş tutacaq konstitusiya dəyişikliyi referendumuna bir neçə gün qalmış, seçkiyə getməyin önəmindən bəhs edən çoxlu ictimai müraciətlər ortaya çıxmaqdadır. Son olaraq əsasən teatr və kino adamlarından ibarət bir qrup sənətçi xalqı mütləq seçkiyə getməyə çağırdığı video yayıldı. Onların arasında Demet Akbağ, Fırat Tanış, Nur Sürer, Cengiz Bozkurt, Hasibe Eren də var.
Buna da bax: Türkiyədə "Hə" və "Yox" düşərgəsində durum
Videoda sənətçilər "Yeməyə duz atmırıq, nərddə məğlub olana hava atmırıq, dənizə daş atmırıq, divara cizgi atmırıq, səsvermə qutusuna səs atırıq" sözləriylə səs verməyə dəvət edirlər. Artıq sosial şəbəkədə xalqı seçkidə fəallıq göstərməyə çağırmaq üçün #oyatıyoruz haştaqı da yaradılıb.
Həmçinin Türkiyənin tanınmış müstəqil jurnalistləri Yılmaz Özdil, Uğur Dündar, Bekir Coşkun, Rahmi Turan, Emin Çölaşan, Saygı Öztürk və Yekta Güngör Özden də seçiciləri yaxınlaşan referendumda fəal iştirak etməyə çağıran videomüraciətlər ediblər.
Məsəlçün, Yılmaz Özdil öz müraciətində deyir: "Bəlkə də son dəfə fikrimizi soruşurlar. Bu fürsəti dəyərləndirmək lazımdır. İnsanın seçim şansının olması, mədəniyyətin göstəricisidir. Seçim azadlığınıza mütləq sahib çıxın. Seçkiyə mütləq gedin"