Ermənistan prezidenti Serzh Sarkisian aprelin 13-də Qırğızıstana işçi səfərə yollanıb.
AzadlıqRadiosu Ermənistan xidmətinin Sarkisianın mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, aprelin 14-də Bişkekdə Avrasiya iqtisadi şurası və Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ölkələri rəhbərlərinin qeyri-rəsmi formatda görüşü keçiriləcək.
Qeyd edək ki, Avrasiya iqtisadi birliyinə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənstan daxildir.
Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına isə bu ölkələrlə yanaşı Tacikistan da daxildir.