Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 04:46

İspaniyanın Deusto Universitetinin mütəxəssisləri aşkar ediblər ki, Tor anonim şəbəkəsi çox zaman adi internetdəki məlumatlardan istifadə edir. Bu isə istifadəçilərin anonimliyini təhlükə altına alır. İnformasiya təhlükəsizliyi və gizlilik üzrə ekspert Iskander Sanchez-Rolanın apardığı tədqiqatın "New Scientist" jurnalında dərc edilmiş nəticələrində belə deyilir.

Iskander Sanchez-Rolanın rəhbərliyi ilə bir qrup mütəxəssis darknetdə milyon yarıma qədər səhifəni araşdıraraq müəyyən ediblər ki, onların 20 faizi adi internetdəki məlumatlardan istifadə edir. Saytıara JavaScript təsvirləri və faylları idxal olunur. Tədqiqatın nəticələrinə görə, Google darknetdə araşdırılmış saytların 13 faizinə trafiki izləməyə qadirdir.

Bundan başqa, darknetdəki resurslar adi internetdəki skriptləri əxz edir. Bu skriptlərsə isitafəçilərin keçidini izləməyə qadirdir. Təhlilin nəticələrinə görə, belə səhifələr araşdırılmış səhifələrin 27 faizini təşkil edir. Onların yarıya qədəri (43 faizi) Google skriptlərindən istifadə edir. Sanchez-Rola hesab edir ki, belə saytlarda istifadəçiləri izləmək və identifikasiya etmək mümkündür.

"Darknet göründüyü qədər dark (qaranlıq) olmaya bilər", - deyə mütəxəssis bildirib. Sanchez-Rolanın sözlərinə görə, darknetə daxil olmaq üçün Tor brauzerindən istifadə etməklə təhlükəsizliyinizi və anonimliyinizi daha yaxşı qorumuş olarsınız.

Mütəxəssislərin fikrincə ən həssas saytlar Torun proksi-xidmətləridir. İstifadəçilər bu xidmətlər vasitəsilə qorunan şəbəkəyə daxil olurlar. Tor2Web kimi resurslar darknetə giriş zamanı real IP adreslər haqda məlumatdan isifadə edirlər. Bu isə istifadəçilərin anonimliyinin pozulması təhlükəsi deməkdir. Beləliklə, darknet istifadəçiləri düşündükləri qədər anonim deyillərmiş.

Ancaq digər tərəfdən, bu, darknetdən istifadə edən cinayətkarların da üzə çıxarıla biləcəyini göstərir.

Tədqiqatçılar öz işlərinin nəticələrini üzümüzə gələn həftə Avstraliyanın Pert şəhərində keçiriləcək World Wide Web Konfransında təqdim edəcəklər.

Mart ayında məlum olub ki, darknetdəki saytların 85 faizə qədəri öz mövcudluğunu dayandırıb. Bu, fevralda Freedom Hosting II hostinq provayderinin serverlərinin yarılması nəticəsində baş verib. Bu haker hücumuna görə məsuliyyəti Anonymous haker qrupları öz üzərlərinə götürüb. Bu yolla onlar uşaq pornoqrafiyasının yaylmasını dəstəklədiyinə görə xidmətdən intiqam alıblar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG